14 iyul 2022 14:29
764

Mesut Özil bu klubla anlaşdı FOTO

Məşhur futbolçu Mesut Özil "Fənərbaxça" ilə yollarını ayırıb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bir müddətdir klubdan ayrılacağı deyilən yarımmüdafiəçi "sarı-lacivərdlilər"lə müqaviləsini rəsmi şəkildə ləğv edib.

Artıq onun yeni komandası da məlumdur. Belə ki, Özil bu gün İstanbul təmsilçisi "Başakşehir"lə müqavilə imzalayıb. 34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Mesut 2021-ci ilin yanvarında İngiltərə "Arsenal"ından "Fənərbaxça"ya transfer olunmuşdu. O daha öncə İspaniyanın "Real Madrid" klubunda çıxış edib.

M.Özil əslən türk olsa da Almaniya millisinin heyətində çıxış edib, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.