14 iyul 2022 16:05
914

Ağdaşda “Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı ilə Gigiyena və Epidemiologiya  mərkəzi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 53-cü ildönümü münasibətilə tədbir keçirilib. Bir qrup partiya fəalı ilk növbədə dahi şəxsiyyət, Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzüblər.

Ağdaş Gigiyena və Epidemiologiya  mərkəzində keçirilən tədbiri ərazi partiya təşkilaının sədri Eldəniz İsmayılov açaraq Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan rəhbərliyinə gəlməsindən və sovetlər dövründə Azərbaycan üçün gördüyü misilsiz işlərdən bəhs etdi.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov 14 iyul 1969-cu ilin Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd etdi. Həm sovetlər, həm də müstəqllik dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkə, xalq, dövlət qarşısında xidmətlərinin misilsiz olduğu vurğulandı. Anar Şahmuradov qeyd etdi ki, Azərbaycanda elə bir sahə yoxdur ki, o sahənin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri olmasın. Məhz bunun üçün, hər zaman dahi şəxsiyyətin adı Azərbaycanla  birlikdə çəkilir. Azərbaycanın bugünkü uğurlarının təməlində də Ulu Öndərin siyasi dəst-xətti dayanır. Ölkə başçısı cənab İlham Əliyev dahi şəxsiyyətin siyasi kursunu müsair dövrün tələblərinə uyğun olaraq hər bir sahədə uğurla yerinə yetirir və müstəqil Azərbaycanın tərəqqisini təmin edir.

Tədbirdə çıxış edən digər partiya fəalları - Arzu Musayeva, Emil Əzizov, Müzəffər Abdullayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışaraq bildirdilər ki, ölkəmizin firivan gələcəyi naminə xalqımızın Heydər Əliyev siyasi kursuna hələ uzun illər ehtiyacı vardır. Bunun üçün də hər zaman Prezident cənab İlham Əliyevin ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında birləşəcəklərini bəyan etdilər.

Orxan Vahidoğlu, "İki sahil"