Yunis Emre İnstitununda 15 iyul 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevirilişinə cəhdin qarşısının alınmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycan hökumət, səfirlik, mədəniyyət və ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edib.
Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükütla yad edilməsi və Azərbaycan, Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın dövlət çevrilişinə cəhd zamanı millət olaraq birliyin vacibliyini diqqətə çatdırıb. Mədəniyyət nazirinin birini müavini Elnur Əliyev isə sözügedən çevriliş cəhdinin türk xalqını sarsıda bilmədiyini vurğulayıb.