15 iyul 2022 17:02
825

Oğuzda mikroavtobus yanıb - FOTO

Oğuz rayonunda mikroavtobus yanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, Etibar Nurəddin oğlu Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut avtobusu hərəkətdə olarkən anidən alışıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində marşrut avtobusu təmamilə yanıb. Yanğın zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü isə yanğından xilas ola bilib.

Faktla bağlı araşdırma aparılır.