15 iyul 2022 21:20
759

Biləsuvarda doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb - FOTO

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Ağalıkənd kənd ərazi partiya təşkilatının sədri Oktay Məmmədov II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Ağalıkənd  kəndindən olan şəhid Sadıqov Surac Ədalət oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüşdə şəhidin  şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Şəhidin valideyini  onlara göstərilən diqqət və qayğıya Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Sadıqov Surac Ədalət oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.