16 iyul 2022 14:59
869

Vətən müharibəsi şəhidinin xatirəsi doğum günündə anılıb

İyul ayının 16-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşı Samir Ağayev, ərazi partiya təşkilatı sədrləri Bəhruz Qafarov və Elmin Nuri II Qarabağ müharibəsində  Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Nəsimi  kəndindən olan şəhid Məcidzadə Saleh Nəriman oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüşdə şəhidin  şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Şəhidin valideyini  onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Məcidzadə Saleh Nəriman oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!