16 iyul 2022 16:51
664

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 168 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 443, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 303, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 227 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 789 min 842, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 361 min 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 856 min 73 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 321 min 239, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 min 246 nəfərdir.