16 iyul 2022 21:40
1035

Gürcüstan KİV-i Azərbaycan Prezidentinin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söylədiyi fikirləri geniş işıqlandırıb

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söylədiyi fikirləri geniş işıqlandırıb.

Kavkasia.net, interpress.ge, 24news.ge və aktual.ge portallarında Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin maraqlı fikirləri yer alıb.

Materiallarda Prezidentin qonşu ölkələrlə əlaqələrə verilən önəm, quru sərhədlərlə bağlı fikirləri, eləcə də enerji layihələri, imzalanacaq yeni layihələr, Azərbaycanın dünyada qazandığı hörmət, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni enerji müqaviləsinin imzalanacağına dair fikirlər əksini tapıb.

AZƏRTAC