16 iyul 2022 23:28
972

Seymur Orucov Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşüb

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşü davam edir.

“İki sahil” xəbər verir ki, görüşlərin məqsədi onların sosial problem və qayğılarını operativ şəkildə həll etməkdir.

Növbəti görüşü giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, ölkə rəhbərliyi Vətən müharibəsi iştirakçılarının sosial rifahını yüksəltmək işinə xüsusi önəm verir. Məhz buna görə yerli icra hakimiyyəti orqanları bu sahədə bütün imkanlarını səfər ediblər. Daha sonra söz alan qazilər müharibədən sonra dinc həyata adaptasiya olunmaqda üzləşdikləri çətinliklərdən söz açdılar. Qaldırılan bir sıra problemlərin həlli mərkəzi icra hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində olduğundan bu qurumlara müvafiq müraciətlərin ediləcəyi bildirildi. Digər məsələlərlə əlaqədar isə Ağstafa rayon İcra Hakimiyyəti aparatında fəaliyyət göstərən “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə bir sıra tapşırıqlar verildi.

Görüşdə çıxış edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin təşəkkülərini bildirdilər.