“Məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması bu gün xüsusi diqqət mərkəzindədir”. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu fikirləri rayonun ucqar dağ kəndi olan Bəlitonda yerli insanlarla səyyar qəbul-görüşü zaman söylədi.
Görüş Vətən yolunda can qoyub ölməzlik qazanan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlandı. Daha sonra birbaşa və açıq dialoq mühitində keçən tədbirdə İcra başçı şəhid ailəsi və müharibə iştirakçılarıni, vətəndaşları xüsusi diqqət və qayğı ilə dinlədi, onları narahat edən şəxsi, eləcə ümumi məsələləri şəxsən nəzarətə götürməklə həllinə köməklik göstərməyə söz verdi. “Cənab Prezidentin siyasətinin mərkəzində məhz insan amili dayanır. Ölkə başçısının uğurlu siyasətinin nəticəsidir ki, bu gün dünyada güc mərkəzlərinin ərzaq qıtlığı ilə mübarizə apardığı dövrdə Azərbaycan insanı sözügedən problemlə gündəlik həyatında qarşılaşmır”-deyib çıxışını tamamladı.
Axırda bir daha bəlitonlular istər pandemiya, istərsə də post-pandemiya dövründə ucqar ərazidə yaşmağına baxmayaraq gündəlik həyatlarında həlli mümkün olmayan iqtisadi və sosial problemsiz yaşadığını dedilər, bütün bunlara, eləcə respublikada, rayonda aparılan quruculuq işlərə görə ölkə başçısı cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü