Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Vətən Müharibəsi qazisini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Vətən Müharibəsi qazisi Novruzov Mobil Şahmar oğlunu ziyarət ediblər.
Mobil Novruzov və ailə üzvləri ilə görüşən RİH başçısı və YAP Ağdam rayon təşkilatının sədri onların gündəlik qayğıları ilə maraqlanıb, sosial vəziyyəti ilə yaxından tanış olublar.
Görüşün sonunda Mobil Novruzov və valideynləri qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.