17 iyul 2022 16:51
635

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 893 test nəticəsində məlum olub ki, 190 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 794 min 588-ə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində ölüm faktı qeydə alınmayıb.

Daha 37 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 783 min 998-ə yüksəlib.