Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 763 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 108, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 119, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 791 min 605, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 361 min 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 856 min 181 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 322 min 358, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 min 471 nəfərdir.