30 iyul 2022 19:30
961

Arman Nurmuxanbetov: Çox şadıq ki, Azərbaycan xalqı öz ənənələrini dirçəldir

Mən birinci festivalda da olmuşam. Bu tədbir lap əvvəldən, öz konsepsiyasına görə xoşuma gəlir.

“İki sahil” xəbər verir ki, Milli Yaylaq Festivalında Qazaxıstan nümayəndə heyətinin rəhbəri Arman Nurmuxanbetov bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

A.Nurmuxanbetov daha sonra deyib: “Biz çox şadıq ki, Azərbaycan xalqı öz əcdadlarının ənənələrini dirçəldir. Festivalda yəqin etdim ki, bu tədbirin miqyası genişlənir, müxtəliflik baxımından yaxşılaşır”.