01 avqust 2022 13:09
713

“Qarabağ” mövzusunda ssenari müsabiqəsinin qalibləri müəyyənləşib

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsi yekunlaşıb və qaliblər məlum olub.

“İki sahil” xəbər verir ki, müsabiqənin qalibi Mirsadıq Ağazadənin "Supəri" ssenarisi olub.

İkinci yerin qalibi Türkan Hüseyn - "Axırıncı palata", üçüncü yer isə Nicat Dadaşov - "Zirzəmi" ssenarisi olub.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 53 ssenari iştirak edib.