02 avqust 2022 12:15
814

Çingizdən karyerası ilə bağlı qərar

"Hər birinizi Bakıdan salamlayıram! Mənim həyatımın hər dönəmi çox dəyişik və fərqli dəyişimlər keçirib. Son 1 ildə özümü heç vaxt olmayacaq qədər şəxsi inkişafıma və ruhani praktikalarıma həsr elədim. Təbii ki də, çox dəyişimlər keçirdim. Sizlərə danışmaq istədiyim hədsiz dərəcədə çoxlu emosiyalar, fikirlər, təcrübələr var. Zamanla hər birini bölüşəcəyəm".

“İki sahil” xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev sosial şəbəkədə yazıb. O, karyerasına yenidən davam edəcəyini açıqlayıb:

"6 aylıq Bali səfərimdən sonra daha dərindən anladım ki, insan həyatında balansı qorumaq ən fundamental prinsiplərindən biridir. Ona görə də, daxili dünyam ilə paralel, yeni nəfəslə və güclə karyeramı davam etdirəcəyəm. Yaxın günlərdə yeni sinql və klip ilə qarşınızda olacağam. Çox keçməz ki, 2 böyük konsertin elanını paylaşacağam sizlərlə. Sizlərlə görüşmək üçün səbirsizlənirəm. Gözləmədən qalın. Görüləsi işlər, danışılası çox şeylər var".