Lerik rayonun Anbu kəndində şəhid ,gizir Əhmədov Tural Əkrəm oğlunun doğum günü xatirəsi anılıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları,ictimaiyyət nümayəndələri,şəhid ailələ üzvləri şəhidimizin məzarını ziyarət edib,məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov şəhidin ailəsini ziyarət etdi, onların qayğı və problemləri ilə maraqlandı.
Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, şəhid Əhmədov Tural Əkrəm oğlu 2 avqust 2000-ci ildə Lerik rayon Anbu kəndində anadan olmuşdur.2018-ci ildə vətən qarşısında öz borcunu vermək üçün hərbi xidmətə yola düşür. 2020-ci ildə xidmətini başa vurur.Hərbiyə olan maraqı onu yenidən ordu sıralarına gətirir.4 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!