03 avqust 2022 13:32
846

Hər iki kino ittifaqının birləşməsi məsələsi onların özündən asılıdır

Mədəniyyət naziri Anar Kərimov ölkədəki iki kino ittifaqının birləşdirilməsi məsələsinə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir: “Biz onların fəaliyyətinə qarışmaq istəmirik, sadəcə dəstək göstəririk. Bu ictimai birliklərin birləşməsi məsələsi onların özündən asılıdır".