9 avqust 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının və Rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai şuranın birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının qərargahında rayon məktəbləri üzrə 2021-2022-ci il tədris ilini medal və fərqlənmə attestatı ilə bitirən bir qrup məzunla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə rayon təşkilatının sədri Eldar Əsədov orta məktəbi medal və fərqlənmə attestatı ilə bitirən məzunları təbrik edib, onlara gələcək təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayıb.
Onların seçdikləri ixtisas üzrə təhsillərini uğurla başa vurub , vətənimiz Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda fəal vətəndaşlıq nümunəsi göstərmələrini tövsiyyə edib.