10 may 2018 22:50
1148

Nazir “Efes-2018” təlimlərinin İdarəetmə Mərkəzində olub

Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 10-da İzmirdə keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə “Doğanbey” poliqonunda yaradılmış Təlim İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.