Misir mediasında sivilizasiyanın beşiyi olan bu ölkənin dost və qədim mədəni irsə malik Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığının geniş potensialından bəhs edən məqalələr dərc olunub.
“İki sahil” xəbər verir ki, “Əl Əhram”, “Əl Masr Əl Yom”, “Cairo24”, “Mubtada”, “Əl Tabah Əl-Ula”, “Əxbar Əl Yom”, “Əl Şura” və s. qəzet və portallarda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmidlə görüşündə mədəni əlaqələrin hazırkı vəziyyəti və həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparıldığı qeyd olunub. Misirli oxucuların diqqətinə çatdırılıb ki, nazir A.Kərimov Azərbaycanın qədim mədəniyyətə malik olan Misirlə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib. O, ötən ilin dekabrında Qahirədə ICESCO-nun konfransında iştirakı zamanı bu məsələləri misirli həmkarı ilə geniş müzakirə etdiyini, həmçinin Əl-Əzhər Böyük İmamı ilə görüşdüyünü qeyd edib.
Məqalələrdə bildirilib ki, Misirin ölkəmizdəki səfiri mədəniyyətlərin insanları birləşdirdiyini qeyd edib, iki dost ölkə arasında mədəniyyət sahəsində həyata keçiriləcək müxtəlif layihələrin əhəmiyyətindən danışıb./AZƏRTAC/
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO