“Tesla” və “SpaceX”in qurucusu İlon Mask öz “Twitter” hesabında “Üzüklərin hökmdarı: Qüdrət üzükləri” (“The Lord of the Rings: The Rings of Power”) seriyasının qəhrəmanlarını tənqid edib.
“İki sahil” xəbər verir ki, biznesmen serialın, demək olar ki, bütün kişi obrazlarını cahil adlandırıb.
“(Yazıçı Con) Tolkin məzarında çevrilir. Demək olar ki, hər bir kişi xarakteri qorxaq, əclaf və ya hər ikisidir. Yalnız Qaladriel cəsur, ağıllı və şirindir”, - deyə o yazıb.
Xatırladaq ki, “Üzüklərin hökmdarı: Qüdrət üzükləri”nin premyerası sentyabrın 2-də baş tutub. Layihə “Amazon Prime Video”nun eksklüzivi olub. Təqdimata “Amazon”un qurucusu Ceff Bezos sevgilisi Loren Sançeslə qatılıb.
Qeyd edək ki, bu il İlon Mask ilk dəfə “Forbes”un dünyanın ən varlı adamları siyahısına başçılıq edib: Reytinqdə Ceff Bezosun yerini alan milyarderin sərvəti 68 milyard dollar artaraq 219 milyard dollara çatıb. Siyahının ikinci pilləsinə düşən “Amazon”un qurucusunun varidatı isə 6 milyard dollar azalaraq 171 milyard dollara düşüb.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO