Rusiyalı müğənni Maşa Rasputina Türkiyədə alış-veriş edərkən qarət olunub.
“İki sahil” xəbər verir ki, ifaçı elit mağazaların birində seçdiyi libasları geyinmək üçün paltardəyişmə otağına keçərkən içərisində sənədlər, kartlar və pul olan çantasını salondakı stolun üstünə qoyub. O, daha sonra pul kisəsinin oğurlandığının fərqinə varıb.
O, mağaza müdirini çağırsa da, oğrunu tapmaq mümükün olmayıb. Rasputina bank vasitəsi ilə kartlarını bloklayıb və polisə müraciət edib. Həmçinin mağazanın qapısına çantada olan sənədlərin geri qaytarılması tələbi ilə elan asılıb.
Qeyd edək ki, hadisə ifaçının Türkiyədən Rusiyaya qayıtmasına bir gün qalmış baş verib.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO