Şahzadə Harrinin həyat yoldaşı hersoqinya Meqan Markl yenidən tənqid atəşinə tuş gəlib.
“İki sahil” xəbər verir ki, o, ötən gün baş tutan Mançesterdəki sammitdə çıxışı zamanı gender bərabərliyi haqqında danışmalı olsa da bu mövzuda demək olar ki, heç nə söyləməyib. O, yalnız özü, həyat yoldaşı və Böyük Britaniyaya qayıtmaqdan məmnun olduğu haqqında fikirlərini səsləndirib.
Çıxışdan sonra o, eqoistlikdə günahlandırılıb. "Majesty Magazine"nin baş redaktoru İnqrid Syuard qeyd edib ki, hersoginya gender bərabərliyindən danışmaq əvəzinə daim “mən, mən, mən” deyib və özünü tərifləyib.
Ümumilikdə, Meqanın yeddi dəqiqəlik çıxışında ən azı 54 dəfə özündən bəhs etdiyi bildirilib.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO