Yaponiya hökuməti ilə Azərbaycan hökuməti arasında Birgə Kredit Mexanizmi ilə bağlı razılaşma əldə olunub.
“İki sahil” xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Yaponiya hökuməti Birgə Kredit Mexanizminin geniş yayılması üçün 2025-ci ilə qədər əməkdaş ölkələrin sayını 30-a çatdırmağı hədəfə alıb, bu günə qədər Azərbaycan hökuməti ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna yönələn müzakirələr aparılıb.
Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan Birgə Kredit Mexanizmi üzrə 20-ci əməkdaş ölkə olacaq. Bundan sonra, Birgə Kredit Mexanizminin təkcə Azərbaycanda qaz emissiyalarının azaldılmasına yönələn tədbirlərin genişlənməsinə deyil, həmçinin Yaponiya şirkətləri tərəfindən yaşıl sahədə layihələrin həyata keçirilməsi, investisiya qoyuluşu kimi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha da artmasına gətirib çıxaracağına ümid edilir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib