Azərbaycanla danışıqlar aparırıq, yaxın vaxtlarda müqavilə imzalanacaq.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən 4-cü “ADEX” sərgisində iştirak edən Türkiyənin “Armelsan” firmasının baş direktoru Can Emre Bakım deyib.
O xatırladıb ki, şirkət artıq 10 ildən çoxdur fəaliyyət göstərir: “Şirkətimiz Türkiyədə müdafiə texnologiyası, sualtı akustikası, sualtı radarlar, uzaqdan idarə edilən iş robotları istehsal edir. Robotların suyun altında 3000 metrə qədər işləmək imkanı var. Su altında minaları zərərsizləşdirə bilən robotlar da istehsal edirik. Məhsullarımızla bağlı Azərbaycanın aidiyyəti qurumları ilə təmaslarımız davam edir. Detalları hələlik açıqlamaq istəməzdim”.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib