İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovla görüşündə Azərbaycan-Bolqarıstan iqtisadi-ticarət əməkdaşlığının inkişafı müzakirə edilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji sahəsində əlaqələrin genişləndiyini vurğulayıb. Ölkəmizin əlverişli işgüzar mühitini, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını diqqətə çatdıran nazir Bolqarıstan şirkətlərini Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.
Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsinin digər sahələrdə də tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Tərəflər iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əlaqələr və Bolqarıstana qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparıb.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib