28 yaşlı kanadalı müğənni Castin Biberin səhhətində yenidən problem yaranıb.
“İki sahil” xəbər verir ki, bu barədə Castin instaqram hesabında məlumat yayıb. İfaçının fiziki və ruhi sağlamlığında problem yaranıb. Bu səbəbdən o, konsertləri üçün çıxmalı olduğu dünya turunu yenidən ləğv etməli olub.
“Səhnədən enəndən sonra zəifliyimi hiss etdim və anladım ki, indi sağlamlığım prioritet məsələ olmalıdır. Ona görə də hələlik qastrol səfərlərinə fasilə verirəm. Mənimlə hər şey yaxşı olacaq, amma dincəlmək və yaxşılaşmaq üçün vaxt lazımdır" deyə, Castin paylaşımında yazıb.
Qeyd edək ki, bir müddət əvvəl ifaçı üzünün iflic olduğunu açıqlamışdı.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO