Layihədə hüquqi tənzimləmə prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur
Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində yeni islahatların həyata keçirilməsi planlaşdırılır.
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Əziz Mirzəyev "İki sahil"in sorğusuna cavabında bildirib ki, Xidmət tərəfindən "Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.
Onun sözlərinə görə, hazırda layihə ilə bağlı dövlət qurumlarının təqdim etdiyi yekun rəy və təkliflərə baxılır.
Əziz Mirzəyev qeyd edib ki, qanun layihəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin dövlət əmlakının dövlət müəssisə və təşkilatlarına verilməsi prosedurlarının daha səmərəli hüquqi mexanizmlərlə tənzimlənməsi nəzərdə tutulur.
Yaqut Ağaşahqızı, "İki sahil"
Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib