Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vadanın iştirakı ilə TEPSCO şirkətinin icraçı direktoru Hideo Kojimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"İki sahil" nazirliyə istinadən xəbər verir ki, görüşdə Yaponiya şirkətlərinin ölkəmizdəki enerji layihələrində uğurlu iştirakı qeyd edilib, səmərəli işbirliyinin “yaşıl enerji” istiqamətində davam etdiyi bildirilib.
Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi, günəş və külək enerjisi üzrə reallaşdırılacaq böyük güclərin ümumi elektroenergetika sisteminə inteqrasiyası və “yaşıl enerji” ixracına dair fikir mübadiləsi aparılıb. Enerji sisteminin təhlükəsizliyinin təmini kontekstində bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə təsirlərinin öyrənilməsi və qiymətləndirilməsi sahəsində Yaponiya təcrübəsindən bəhs edilib və bu təcrübənin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib