Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir.
“İki sahil” xəbər verir ki, artıq ev almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.
İpoteka kreditinin minimal məbləği 20 000, maksimal məbləği isə 500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 15%, Kapital Bank-ın partnyor şirkətlərində isə 20%-dir. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan https://ipoteka.kapitalbank.az/ portalı vasitəsilə müraciət etməklə, həm rəsmi, həm də digər gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.
Kapital Bank-ın partnyor şirkətlərindən ilkin qeydiyyat sənədi olan mənzillər alınan zaman kreditləşmə çıxarışı olan mənzillərə uyğun şərtlərlə həyata keçirilir. Eyni zamanda illik 8%-lə 10 il müddətə də ev sahibi olmaq mümkündür. Müştərilər ipoteka üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – https://ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib