Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) prezidenti Odil Reno-Basso sentyabrın 11-13-ü aralığında Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, AYİB prezidenti Azərbaycanda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və digər aidiyyatı dövlət qurumlarında görüşlər keçirəcək. Məlumata görə, səfər zamanı əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahəsində mühüm roluna yönəldiləcək.
Qeyd edək ki, AYİB indiyədək Azərbaycana 181 layihə çərçivəsində 3,6 mlrd. avrodan çox yatırım edib. Portfelin 89%-ni dayanıqlı infrastruktura yatırımlar, 8%-ni sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni maliyyə institutlarına yatırımlar təşkil edir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib