08 sentyabr 2022 11:53
538

Bakı-Alanya təyyarəsi tüstü səbəbindən eniş edib

"Buta Airways" aviaşirkətinin J2-9111 nömrəli Bakı-Alanya reysini yerinə yetirən hava gəmisinin kapitanı Antalya ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

"Buta Airways"dan “İki sahil"ə verilən məlumata görə, buna səbəb yanan meşələrdən gələn güclü tüstü ilə əlaqədar görmə şəraitinin zəifləməsidir.