08 sentyabr 2022 12:16
444

ABŞ-ın kommersiya neft ehtiyatları artıb -  PROQNOZ

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 3 645 min barel artaraq, təxminən 421 991 min barel təşkil edib.

"İki sahil"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 733 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.