Hollivud ulduzu Nikolas Keycin üçüncü övladı olub.
“İki sahil” xəbər verir ki, 58 yaşlı aktyorun beşinci həyat yoldaşı Riko Şibatadan bir qızı dünyaya gəlib. Cütlük körpəyə Avqusta Françeska adını veriblər.
Körpə Nikolasdan fərqli olaraq Rikonun ilk övladıdır.
Xatırladaq ki, aktyorun Kristina Fultonla münasibətindən Ueston adlı 31 yaşlı oğlu, keçmiş həyat yoldaşı Elis Kimlə evliliyindən Kal-El Koppola adlı 16 yaşlı oğlu var.