08 sentyabr 2022 14:52
467

Avrozona tənəzzüllə üzləşə bilər

Avrozona-nın rekord qaz qiymətləri fonunda tənəzzüllə üzləşə biləcəyi istisna olunmur.

“İki sahil” xəbər verir ki, bunu cümə axşamı Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni “Der Spiegel” jurnalına müsahibəsində deyib.

"Bunu (Avrozonada tənəzzül – red.) heç kim istisna edə bilməz. İnflyasiyanın hazırkı səviyyəsi iqtisadiyyatımızda qeyri-sabitliyə gətirib çıxaracaq, qarşıdan gələn qış tarixin ən pis fəsillərindən biri ola bilər. Biz görünməmiş qeyri-müəyyənliklə üzləşmişik. Amma bütövlükdə Aİ iqtisadiyyatının göstəriciləri əvvəlki kimi müsbətdir, əmək bazarında vəziyyət yaxşıdır”, - deyə o bildirib.