Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fəndən olduğu açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər il təxminən 10 minə yaxın namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün müraciət etsə də, test mərhələsinə qatılmır.
Direktor bunun onlara da maraqlı gəldiyini qeyd edib.
Mərkəz direktoru bildirib ki, ən çox vakant yer musiqi fənni üzrə olub: "Bu say 1 857-dir. Rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyə tabe olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib".