Bu ilin avqust ayında Türkiyədən Rusiyaya ixracın həcmi bütün zamanların ən yüksək səviyyəsinə çataraq 738 milyon 527 min ABŞ dolları təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 87,2 faiz çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib.
Məlumata əsasən, ötən ay Türkiyənin ümumi ixracının həcmi əvvəlki ilin eyni dövrünə nisbətdə 13,1 faiz artaraq 21 milyard 340 milyon dollara yüksəlib.
Bu dövr ərzində Türkiyədən ən çox ixrac həyata keçirilən ilk üç ölkə sırasında Almaniya (1 milyard 504 milyon dollar), ABŞ (1 milyard 308 milyon dollar) və Böyük Britaniya (1 milyard 40 milyon dollar) yer alıb. Rusiya bu siyahıda altıncı yerdədir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib