09 sentyabr 2022 16:33
504

25 yaşlı müğənni bu sindromdan əziyyət çəkir

Şotlandiyalı müğənni-bəstəkar Lyuis Kapalın səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, ifaçı ona Turet sindromu diaqnozu qoyulduğunu açıqlayıb. 25 yaşlı Lyuis bu barədə sosial media hesabında paylaşım edib. O, bunu insanların onun haqqında narkotik vasitədən istifadə etdiyini düşünməsinlər deyə açıqladığını vurğulayıb: "Həyəcanlı, xoşbəxt, əsəbi və ya stresli olanda çiynim titrəyir".

Lyuis həmçinin bildirib ki, qeyri-ixtiyari əzələ daralmalarını dayandırmaq üçün çiyninə iynələr vurulub.

Qeyd edək ki, Turet sindromu oxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik sinir sisteminin pozğunluğudur.