Kürdəmir Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Füzuli rayon Böyük Bəhmənli kənd uşaq musiqi məktəbində və İmişli rayon uşaq incəsənət məktəbində 2022-2023-cü tədris ili üçün birinci sinfə qəbul imtahanları keçirilib.
“İki sahil” xəbər verir ki, İdarədən verilən məlumata görə, Füzulidə uşaq musiqi məktəbinə qəbul üçün musiqi alətləri üzrə, İmişlidə isə uşaq incəsənət məktəbinə qəbul üçün musiqi alətləri ilə bərabər rəssamlıq, xoreoqrafiya, vokal ixtisasları üzrə təhsil almaq istəyən uşaqlar imtahana cəlb ediliblər. Yeniyetmələrin musiqi duyumu, yaddaşı, bilik və bacarıqları uşaq musiqi və incəsənət məktəbləri tərəfindən yaradılan imtahan komissiyası tərəfindən yoxlanılıb. Regional idarənin nümayəndələrinin də iştirak etdikləri imtahanlarda nailiyyət əldə edən uşaqlar incəsənət məktəblərində arzuladıqları ixtisaslar üzrə birinci sinfə qəbul olublar.