Britni Spirs bir daha səhnəyə çıxmayacağı ilə bağlı sevənlərini hədələyib.
“İki sahil” xəbər verir ki, 40 yaşlı pop ulduz məcburi qəyyumluq zamanı çəkdiyi bütün çətinlikləri yenidən xatırlayıb.
Sənətçinin yaradıcılıq prosesinin ciddi nəzarət altında olması, onun razılığı olmadan kliplərin və fotosessiyaların yayımlanması, konsertlərin yorucu olması sənətçinin xoşuna gəlməyib.
"Həyat boyu çox travma almışam. Bəli, mən bütün baş verənlərə hədsiz əsəbləşirəm və inadkar olduğum üçün də çox güman ki, bir daha çıxış etməyəcəyəm", - deyə Britni fikirlərini ifadə edib.
Xatırladaq ki, iyunun əvvəlində Britni sevgilisi məşhur fitnes məşqiçi Sem Asgeri ilə evlənmişdi.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO