“Çağrı” və “Zorba” filmləri ilə məşhurluq qazanan yunan aktrisa İrini Papas bu gün 96 yaşında vəfat edib.
"İki sahil" “nytimes”ə istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik bilinmir.
İrini Papas daha çox “Çağrı” filmi ilə yadda qalıb. Mustafa Akkadın rejissoru olduğu film 1976-cı ildə istehsal olunub və İslam dininin yaradılması dövründən bəhs edir.
İrina Papas filmdə Əbu-Süfyanın həyat yoldaşı Hind binti Utba obrazını canlandırır ki, bu obraz Məhəmməd Peyğəmbərə qarşı çıxanlardan biri idi.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO