Azərbaycanın Xalq artisti Vaqif Abutalıbov vəfat edib.
“İki sahil” Oxu.Az-a istinadən xəbər verir ki, V.Abutalıbov dünən 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb. V.Abutalıbov yaradıcılığa Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayıb, sonra fəaliyyətini “Qaya” vokal-instrumental ansamblı ilə davam etdirib.
Onun yaradıcılığının ən parlaq dövrü Rəşid Behbudovun rəhbərlik etdiyi ansamblın fəaliyyəti ilə bağlıdır. V.Abutalıbov dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini tanıtma missiyasına layiqincə xidmət edib.
Qeyd edək ki, V.Abutalıbov Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq görülüb.
Mərhum sentyabrın 17-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO