Ukraynanın Xalq artisti Ani Lorak 6 aylıq susqunluğunun ardından sosial media hesabında paylaşım edib.
“İki sahil” xəbər verir ki, ifaçı fotosunu paylaşaraq yazıb:
“Gözlərimi yumuram və bu sətirləri oxuyan hər kəsi qucaqlayıram. Ürəyim sevgi, ağrı, şəfqət, qorxu, həyəcanla doludur. Səhnə - mənim həyatımdır. Sizinlə eyni hava ilə nəfəs alanda yaşaya bilirəm. Mahnılarım sizin ruhunuza toxunduqca oxuyuram”.
Qeyd edək ki, Ani Lorak sonuncu dəfə martda Ukraynadakı hadisələrlə bağlı paylaşım edərək müharibənin dayandırmasını istəmişdi.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO