Noyabrın 16-da Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə beynəlxalq konfrans keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbirin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.
Artıq bununla bağlı hazırlıqlara başlanılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılıb. Qurumun əsas işi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO