Türkiyəli müğənni, aktrisa Yeşim Salkımın həbsi tələb olunur.
"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunub. Məsələ ilə bağlı şahidlər belə artıq dindirilib. Özünü müdafiə edən Yeşim elə bir ifadə işlətmədiyini bildirib.
Ədliyyə Nazirliyinə daxil olunan iddianamədə Yeşim "Prezidenti ictimaiyyət qarşısında təhqir etmə" cinayəti ilə mühakimə olunur və 1 il 2 aydan 4 il 8 aya qədər həbsi istənilir.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO