"Dostluğumda olan bəzi "dostlar" - sizin statuslarınızı oxumaqdan bezdim. Özünüzə, mənliyinizə bir az hörmət edin".
“İki sahil” xəbər verir ki, bu sözləri rəqqasə, aktrisa Oksana Rəsulova bildirib. Sənətçi sosial şəbəkədə yazılan statuslara sərt reaksiya verib:
"Hər kəs öz yerində, işində-gücünədir. Bir də ki, məndən ümidinizi kəsin. Bitdi, bitib, özü də çoxdan. O yazdığınız statusları isə öz beyninizə yeridin, məndən uzaq olun. Yetər artıq! Rahat buraxın məni, bezdim".
Qeyd edək ki, O.Rəsulova bir neçə gün əvvəl həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan bir il əvvəl boşandığını açıqlayıb. Oksana övladı Osmanın atasının Şəhriyar olduğunu bildirmişdi.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO