Amerikalı məşhur müğənni-bəstəkar Laura Pergolizzi (LP) Azərbaycanda ilk dəfə konsert verəcək.
"İki sahil" xəbər verir ki, şou-proqram sentyabrın 30-da Bakı Konqres Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, LP ləqəbi ilə tanınan müğənni 2001-ci ildə müstəqil pop janrındakı “Heart-Shaped Scar” adlı debüt albomunu yayımladıqdan sonra böyük uğur əldə edib. Son illərdə isə ifa etdiyi “Lost on you” mahnısı 17 ölkədə hitə çevrilib. Öz unikal yaradıcılığından başqa, LP çox sayda sənətçi, o cümlədən, Cher, Rihanna, The Backstreet Boys, Mylene Farmer, Celine Dion, Christina Aguilera və başqaları üçün mahnılar yazıb.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO