Xəbər verdiyimiz kimi, rəqqasə-aktrisa Oksana Rəsulova aparıcı Şəhriyar Əbilovla boşandığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, onlar açıqlamalarında dost münasibətlərini saxladıqlarını desələr də, belə olmadığı ortaya çıxıb. Belə ki, Oksana Şəhriyarı instaqramda izləmədən çıxarıb. Şəhriyar da eyni addımla cavab verib.
Hazırda Türkiyədə olan Şəhriyarın atmacalı paylaşımları da diqqətdən qaçmayıb. O, eyni zamanda Oksana ilə olan bütün paylaşımlarını instaqramından silib.
Qeyd edək ki, Şəhriyar bir il əvvəl Oksana ilə evləndiklərini açıqlayıb və oğlu Osmanın atası olduğunu bildirib. Oksananın bir il əvvəl boşandıqlarını açıqlaması isə bəzi suallar ortaya çıxarıb. Belə ki, onların evlilik açıqlaması ərəfəsində əslində ayrı olduqları bəlli olub.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO