Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" ilə əlaqədar təşkil etdiyi "Şuşa söhbətləri" (Shusha talks) layihəsinin növbəti görüşü baş tutub.
“İki sahil” xəbər verir ki, görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlər iştirak edib.
Çıxış edən nazirliyin audivizual və interaktiv şöbənin sektor müdiri Rüfət Əliyev son dövrlərdə kino sahəsində baş verən yeniliklərdən danışıb: "Bu 2 il ərzində ümumilikdə 74 film çəkilib. Hansı ki bunun 30-dan çoxu tammetrajlı filmdir".
Rejissor Vaqif Mustafayev "Fəryad-2" filmi haqqında danışıb. O, filmin noyabrda beynəlxalq festivalda təqdim ediləcəyini qeyd edib.
Daha sonra Şuşada çəkilişləri həyata keçirilən ekran əsərləri barədə panel təşkil olunub.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO